Gürcüstanda ötən sutkada koronavirusa 5 326 yeni yoluxma halı qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 3 044 nəfər müalicə olunaraq sağalıb, 48 pasiyent isə vəfat edib.

İndiyədək qonşu ölkədə COVID-19 infeksiyası 979 235 nəfərdə aşkarlanıb. Onların 922 411-i sağalıb, 14 359-u isə ölüb.