Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daha bir erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, hazırda Qarabağda müvəqqəti fəaliyyət göstərən Rusiyanın sülhməramlı missiyası Suqovuşan istiqamətində tapılan bir hərbçinin qalıqlarını Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə təhvil verib. Hərbçinin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra məlum olacaq.