Rusiya Müdafiə Nazirliyi 10 mindən çox əsgərin iştirakı ilə Ukrayna ilə sərhəd yaxınlığında hərbi təlimə başladıqlarını açıqlayıb.
"Unikal" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Bölgəsindən verilən yazılı açıqlamada, Qara dəniz və Xəzər donanmasının hərbi hissələrinin, eləcə də motoatıcı batalyonların cənubundakı bir çox təlim məntəqələrində təlimlərə qatıldığı bildirilib.
Açıqlamada, "10 mindən çox hərbçinin iştirakı ilə Volqoqrad, Həştərxan, Stavropol, Rostov və Krasnodar bölgələrində təlimlər keçiriləcək. Taktiki qruplar müxtəlif kəşfiyyat və əməliyyatlar çərçivəsində yeni taktiki əməliyyat üsulları ilə məşğul olurlar. Hücum sistemləri , o cümlədən hərbi artilleriya batareyalarına qarşı mübarizə, aviasiya və snayperlik və s.", - deyə qeyd olunub.
Bildirək ki, Rusiya ilə NATO arasında Ukrayna ilə bağlı yaranmış gərginliyə görə dünən Brüsseldə görüş keçirilib.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko görüşdən sonra verdiyi açıqlamada NATO-dan Rusiyanın təhlükəsizlik təkliflərinə “qəti” cavab gözlədiklərini bildirib.
Gülayə Mecid