Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) Sərhəd Xidmətinin əməkdaşları Almatıdakı iğtişaşlarda iştirakda şübhəli bilinən 4 Mərkəzi Afrika Respublikasının vətəndaşını saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə MTK-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə iğtişaşlarda və Taldıkorqan şəhərinin polis şöbəsinə hücumda iştirakda şübhəli bilinən səkkiz nəfər saxlanılıb.