İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində İordan Vadisi yaxınlığındakı bazada gecə saatlarında açılan "dost atəşi" nəticəsində 2 əsgərin həlak olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
"İordan vadisində düşərgə yaxınlığında keşikçi vəzifəsini yerinə yetirərkən bu gecə dost atəşi nəticəsində iki İsrail zabiti şəhid olub. Vəziyyət hərbçilərin ailələrinə çatdırılıb və hadisə ilə bağlı araşdırmalara başlanılıb", - deyə məlumatda qeyd olunub.