ABŞ-ın daşınmaz əmlak şirkəti "Metaverse Group SuperWorld" bir çox tarixi binaları virtual olaraq satışa çıxarıb.
"Unikal" xəbər verir ki, satışa çıxarılanlar arasında Türkiyədən tarixi iki bina qiymətləri ilə diqqət çəkib. Belə ki, satışa çıxarılan tarixi binalardan Sultan Əhməd məscidi üçün 334 dollar, Ayasofya məscidi üçün isə 334 min dollar tələb olunur.
"SuperWorld" adlı platformada önə çıxan tarixi binaların satış qiymətləri gündəm mövzusuna çevrilib.