Xəbər verdiyimiz kimi, yanvarın 11-də Ermənistan-Azərbaycan Dövlət Sərhədinin Kəlbəcər rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən Tovuz rayonun Bozalqanlı kəndindən olan hərbi qulluqçumuz Ayaz Nəzərov şəhid olub. Həmin gündən sosial şəbəkələrdə Günay Məmmədova (red. şərti addır) ilə şəhid Ayaz Nəzərovun nişanlı olmaları barədə hər ikisinin birlikdə videosu paylaşılıb. Qeyd edilib ki, Günay Məmmədova ilə Ayaz Nəzərov nişanlı olub.

Bununla bağlı Günay Məmmədova "Unikal"a danışıb. O,açıqlamasında qeyd edib ki, şəhidin nişanlısı deyil.

"Ayaz Nəzərov şəhid olanda anam məndən video istədi. Mənə dedi ki, səndə video varsa at baxım. Məndə onun ikimizin birlikdə olduğu bir video var idi. Məndə onu anama atdım. Anamda "WhatsApp" statusunda paylaşdı. Həmin videonu paylaşanda kimsə onu götürüb şəhid mahnısı ilə düzəldib. Bunu hamı sosial şəbəkələrdə və bir neçə xəbər saytlarında paylaşıb. Videonun altından yazıblar guya ki, mən Ayaz Nəzərovun nişanlısıyam. Həmin videonu mən Ayazın nişanına gedəndə qonşu kimi xatirə olaraq çəkmişdim. Mən onlarla qonşuyam.  Ayaz Nəzərovun nişanlısı deyiləm. Xahiş edirəm ki, videonu silsinlər. Mən gənc xanımam.Bu video gələcək həyatımda  narahatlıq yaradacaq", - deyə bildirib. 

Tural Əhmədov