Rusiya hərbçilərinin ilk desant qrupu ölkəsinə qayıdıb.
"Unikal"
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin yaydığı məlumatda bildirilir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) sülhməramlı kontingenti tərkibində Qazaxıstana göndərilmiş Rusiya hərbçilərinin ilk desant qrupu ölkəyə qayıdıb.
Qeyd edilir ki, Qazaxıstandan qayıdan ilk qrup İvanovadakı daimi dislokasiya məntəqəsinə çatıb.