Dünya bazarında neft yenidən bahalaşıb.
"Unikal" xəbər verir ki, “Brent” markalı neftin mart fyüçersləri 0,12 faiz bahalaşaraq 84,77, “WTI” markalı neftin fevral fyüçersləri isə 0,02 faiz bahalaşaraq 82,66 ABŞ dollarından satılıb.
Qeyd edək ki, ilin ilk həftəsi ABŞ-da neft ehtiyatları gözlənilən 1,9 milyon barel əvəzinə 4,6 milyon barel azalaraq 2018-ci ildən bu yana ən aşağı həddə düşüb. Ölkədə gündəlik hasilat da 100 min barel azalaraq 11,7 milyon barel təşkil edib.
Neftin bahalaşmasına təkan verən başqa bir amil dolların zəifləməsidir. Belə ki, dolların indeksi 1 faizdən artıq geriləyib.