2021-ci ildə vergi daxilolmaları 15,5% artaraq 8,5 mlrd. manat təşkil edib və proqnoz 117,7% səviyyəsində icra olunub.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir qeyd edib ki, qeyri-neft sektoru üzrə vergi daxilolmaları 13,5% artaraq 6,4 mlrd. manat olub və proqnoz 112,2% səviyyəsində yerinə yetirilib.