İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfərə gələ bilər.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.
Dövlət başçısı bildirib ki, onun israilli həmkarı ilə görüşü mümkündür.
Qeyd edək ki, görüş baş tutarsa, bu, İsrailin yüksək vəzifəli dövlət adamının 2013-cü ildən sonra Ankaraya ilk səfəri olacaq. Sonuncu belə səfər 2013-cü ildə olub. O zaman İsrailin ədliyyə naziri Əmir Peres Türkiyəyə gəlmişdi.