İranın Milli Qaz Şirkəti Türkiyəyə qaz nəqlinin bərpa olunduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Shana xəbər agentliyi məlumat yayıb.
Qeyd olunur ki, yanvarın 19-da yaranan və qazın nəqlinin 10 gün müddətinə dayandırılmasına səbəb olan texniki nasazlıqlar aradan qaldırılıb.
İran Türkiyəyə Tengiz-Ankara qaz kəməri ilə ildə orta hesabla 10 milyard kubmetr qaz verir. Son məlumatlara görə, 2021-ci ildə İran qazının Türkiyənin enerji balansında payı 16%-ə yaxın olub.