Ötən il ərzində risk göstəriciləri əsasında toplam 671 gömrük bəyannaməsi üzrə riskli əməliyyatlar aşkar edilib.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev tviter səhifəsində yazıb.
Onun sözlərinə görə, bunun nəticəsində 10 milyon 653 min 683,7 manatın dövlət büdcəsinə köçürülməsi təmin olunub.