Ötən gün sosial şəbəkələrdə məktəblərin birində şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkəti ilə bağlı görüntülər yayılıb. Sözügedən görüntü ciddi müzakirlərə yol açıb və bu hal müəllimə qarşı hörmətsizlik kimi qiymətləndirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülərin Azərbaycan məktəblərində olması təsdiqini tapmayıb: “Amma məsələ ilə bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılır”.