Ermənistan Milli Təhlükəsizlik Xidməti Armen Sarkisyanın prezidenti seçilməzdən əvvəl Sent Kits və Nevis vətəndaşlığına malik olub-olmadığını yoxlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Erməni mətbuatında yer alan xəbərlərə görə, hələ 2021-ci ilin aprelində Sarkisyanın xarici vətəndaşlığının olub-olmaması ilə bağlı araşdırma işi qaldırılmışdı. Baş Prokurorluq MTX-yə bu iş çərçivəsində “Hetq”in nəşrini xarici vətəndaşlıqla bağlı yaydığı məlumatı yoxlamağı təklif edib.