İkinci Qarabağ müharibəsi zamanı ölən daha bir erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, cəsəd Cəbrayıl rayonunda aşkarlanıb.
Cəsədin kimliyini müəyyən etmək üçün ekspertiza təyin edilib.
Bununla da Qarabağ müharibəsindən sonra tapılan erməni hərbçilərə məxsus cəsədlərin sayı 1708-ə çatıb.