Cəlilabadda qonşusunu öldürən şəxsə cinayət işi açılıb.
Rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1997-ci il təvəllüdlü Mirzəxan Gəncəliyevin yanvarın 22-də almış olduğu xəsarətlər nəticəsində yanvarın 27-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, zərəçəkmişin qonşusu Həzrət Əliyevin şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı bıçaqla Mirzəxan Gəncəliyevə xəsarətlər yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Həzrət Əliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.