Gələn il üçün orta aylıq əməkhaqqı müəyyənləşəcək.
"Unikal" xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamında əksini tapıb.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyinə 2023-cü il və sonrakı üç il üçün ümumi daxili məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, orta aylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2022-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2022-ci il avqustun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək tapşırılıb.