Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 30 milyard 746,3 milyon ABŞ dolları olub.
Dövlət Statistika Komitəsindən "Unikal"a verilən məlumata görə, ixracın dəyəri 20 milyard 336,4 milyon dollar, idxalın dəyəri 10 milyard 409,9 milyon dollar təşkil edib ki, nəticədə 9 milyard 926,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.