Ucarın Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, rayon sakini, 20 yaşlı Mirabdulla Rüstəmovun idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili ilə rayonun Alpout kənd sakini, 2002-ci il təvəllüdlü Kənan Zeynalovun idarə etdiyi "Opel" markalı avtomaşın toqquşub.
Qəza zamanı idarəetmədən çıxan avtomobillər yol kənarında olan 2 piyadanı da vurub. Nəticədə sürücülər – Mirabdulla Rüstəmov, Kənan Zeynalov, avtomobildə olan 2 sərnişin və 2 piyada ağır bədən xəsarətləri alıblar. Yaralılar aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.