2021-ci ildə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 235 milyon 283 min 600 manat kredit verilib.
"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, bu, bir il öncəki göstəricidən 31,1 faiz çoxdur. Verilmiş kreditlərin 24 milyon 9 min 600 manatı və yaxud 10,2 faizi qısamüddətli, 211 milyon 274 min manatı və yaxud 89,8 faizi uzunmüddətli kreditlər olub.