Hazırda yeni açılacaq gömrük məntəqələri beynəlxalq status daşıyan yeni hava limanlarında tikilir. Onların hər birində yeni gömrük məntəqələri, gömrük postları açılacaq.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olaraq burada müasir tələblərə cavab verən təmassız gömrük xidmətləri təşkil ediləcək.
S. Mehdiyev bildirib ki, Azərbaycan gömrük orqanlarının istər cənub, istərdə də şimal istiqamətdə yeni gömrük məntəqələrinin açılması ilə bağlı layihələr həyata keçirir: “Buna misal olaraq, şimal qapımız Rusiya ilə olan “Xanoba” gömtrük postunun və oradakı ticarəti asanlaşdırılması terrminalının tikinti-quraşdırılması bu il yekunlaşdırılması nəzərdə tutulub. Hesab edirik ki, bu gömrük-keçid məntəqəsinin açılması ilə şimal qapımızda olan idxal və ixrac əməliyyatlarımız, eyni zamanda tranzit potensialımızın qarşılanması istiqamətində nəqliyyat vasitələrinin iki dəfədən çox artıq keşməsini nəzərdə tutan yeni post inşa edilib. Bununla da biz pik zamanlarda nəqliyyat vasitələrinin sıxlığını aradan qaldıracağıq”.
O xatırladıb ki, bu layihə ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilir: “Gələcəkdə keçid sıxlığı olan digər gömrük məntəqələrinin restrukturizasiyası və ya yeni gömrtük postlarının tikilməsi nəzərdə tutulur”.