Şəkidə atlının ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.

"Unikal" xəbər verir ki, hadisə yanvarın 30-u saat 21 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 33-cü kilometrliyində, Şəki rayonu Suçma kəndi ərazisindən keçən hissəsində baş verib.

1992-ci il təvəllüdlü Ağdam rayonun sakini Malik Nazim oğlu Hüseynov idarə etdiyi “GAZEL” markalı, 66 BG 435 dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkət edərkən yolun solundan sağına doğru atla hərəkətdə olan 1952-ci il təvəllüdlü, Şəki rayonu Kiçik Dəhnə kənd sakini Akif Şülü oğlu Qəhramanovu vurub.

Qəza nəticədə Akif Qəhrəmanov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.