Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza rayonun Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Babayeva Bibixanım Valeh qızını avtomobil vurub.

61 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.