"Yaz sessiyasında “Sosial rifah haqqında" qanun layihəsinin hazırlanıb qəbul edilməsini təklif edirəm".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, hazırda əksər inkişaf etmiş ölkələrdə sosial təminatın hüququnun bazasının gücləndirilməsi üçün oxşar məcəllə qəbul olunub.
O əlavə edib ki, "Bank Məcəlləsinin” qəbulu məqsədə uyğun olardı.
"Banklar hələ də istehlak kreditləşməsinə meyllənirlər və faiz dərəcələri yüksək olaraq qalmaqdadır. Bu baxımdan, bank sektorunda qanunverici bazanın məcəllə formasında sistemləşməsinə ehtiyac var. 2021-ci il dünya bazarında kəskin qiymət artımları ilə yadda qaldı. Azərbaycan istehlak bazarında da qiymət artımları qeydə alındı. Bu il qiymət artımlarına qarşı mübarizə prioritet olacaq. Nazirlər Kabineti “süni qiymət” artımlarına qarşı mübarizənin güclənəcəyini bəyan edib. Bununla belə, qanunvericilikdə süni qiymətin izahatı yoxdur. Bu baxımdan, müvafiq qanunvericiliyə dəyişiklik edilməsi və süni qiymət terminin hüquqi təsnifatının verilməsinə ehtiyac var. Bu anti-infilyasiya təbirlərinin səmərəlliyinin artırılması baxımdan vacibdir".
Anar Kəlbiyev