Yevlax rayon sakinindən narkotik vasitələr aşkar edilərək götürülüb
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Həmidə Dərvişova saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə qablaşdırılmış metamfetamin, heroin və tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə H.Dərvişova barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.