İmişli rayonunun Qaralar kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.

FHN-dən "Unikal"a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.