"Ermənistanda prezident seçkiləri martda keçiriləcək".
"Unikal" xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan deyib.
"Ermənistan parlamentinin 65 deputatı yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanın Ermənistan prezidenti vəzifəsinə namizədliyini irəli sürüb. Seçkilər mart ayında keçiriləcək", - Paşinyan hökumətin iclasında deyib.
Bundan əvvəl Ermənistan parlamenti yanvarın 23-də müvafiq bəyanatla çıxış edən respublika prezidenti Armen Sarkisyanın istefasını təsdiqləyib.
Ermənistan prezidenti parlament tərəfindən yeddi il müddətinə seçilir.
Gülayə Mecid