Ermənistanda koronavirusa yoluxanların sayı 379 266-ə çatıb.

"Unikal" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, son sutkada daha 4 388 nəfərdə COVID-19 aşkarlanıb.

Vurğulanıb ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 8 065-ə yüksəlib.

Hazırda 25 944 nəfər koronavirusdan müalicə olunur.