Almaniya kansleri Olaf Şolz Almaniyanın İkinci Televiziya Kanalı ZDF-ə verdiyi müsahibədə Avropa Birliyindəki (AB) bütün tərəfdaşları ilə Ukrayna məsələsi ilə məşğul olduqlarını deyib.
"Unikal" xəbər verir ki, Putinlə danışdığını bildirən Şolz, ABŞ-a getdikdən sonra lazımi məsələləri "qısa müddətdən sonra" Moskvada müzakirə etməyə davam edəcəyini bildirib.
O, Moskva səfəri ilə bağlı deyib: "Bu, planlaşdırılıb və tezliklə baş verəcək".
Səfərin dəqiq tarixi bəlli deyil.
Qeyd edək ki, Almaniya kansleri fevralın 6-7-də ABŞ-a səfər edəcək.
Ağarza Elçinoğlu