Belarus Müdafiə Nazirliyi sərhəd pozuntularının artması ilə əlaqədar Ukraynanın hərbi attaşesinə zəng etdiyini bildirib.
"Unikal" xəbər verir ki, bundan əvvəl ölkənin Xarici İşlər Nazirliyi Ukrayna səfirinə öz ərazilərində pilotsuz təyyarənin buraxılması ilə bağlı etirazını bildirmişdi. Nazirliyin məlumatına görə, 2022-ci il yanvarın 24-də cihaz sərhədi qanunsuz keçib, bundan sonra silahlı qüvvələrin mütəxəssisləri tərəfindən məcburi eniş edilib. Bort avadanlığının məlumatlarının təhlili göstərdi ki, PUA Ukrayna ərazisindən “Brestski hərbi poliqonu üzərində qeyri-qanuni kəşfiyyat fəaliyyəti həyata keçirmək” üçün buraxılıb.
İzah edilir ki, bu, 2021-ci ilin noyabrından bəri üçüncü sərhəd pozuntusudur.
Məlumata görə, hərbi attaşeyə bu insidentlə bağlı araşdırma aparılmasının, daha sonra onun nəticələri barədə Belarus tərəfinə məlumat verilməsinin zəruriliyi də bildirilib.
Ağarza Elçinoğlu