Fevralın 3-də Ukraynanın Belarusdakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, səfirə Ukrayna pilotsuz uçuş aparatının Belarus sərhədini keçməsi ilə bağlı etiraz notası təqdim edilib.
Belarus bildirib ki, Ukrayna bu qeyri-dost addımları ilə bölgədə vəziyyətin gərginləşməsinə qəsdən təhrik edir, bu da ikitərəfli dialoqa töhfə vermir.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko isə özünün tviter səhifəsində yazıb ki, ölkəsi PUA-lardan istifadə etməyib.