Türkiyənin əhalisi 2021-ci ildə bir əvvəlki ilə nisbətən 1 milyon 65 min 911 nəfər artaraq 84 milyon 680 min 273 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Statsitika Təşkilatı məlumat yayıb. Qeyd olunub ki, əhalinin illik artımı 12,7 faiz təşkil edir. Ölkədə kişilərin sayı 42 milyon 428 min 101 nəfər, qadınların sayı isə 42 milyon 252 min 172 nəfər olub. Başqa sözlə, ümumi əhalinin 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edir.
Qeyd edək ki, əhalinin illik artımı 2020-ci ildə 5,5 faiz olub.