Gürcüstanda illik inflyasiya (2021-ci ilin yanvarından 2022-ci ilin yanvarına qədər) 3% azalaraq 13,9% təşkil edib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın "Sakstat" Milli Statistika Xidmətinin məlumatında qeyd olunub.
İl ərzində kommunal xidmətlərin qiyməti (44,8%), nəqliyyat (16,2%), mehmanxana və restoranlar (16%) və səhiyyə (7,5%) artıb. Yanvarda ərzaq məhsullarının qiymətləri il ərzində 16,2% bahalaşıb. Ən çox tərəvəz - 23,3%, çörək və çörək məhsulları - 20,5%, bitki yağı - 19,6%, şəkər - 18,2%, süd və yumurta - 14,4% bahalaşıb.
2022-ci ilin yanvar ayında 2021-ci ilin dekabr ayı ilə müqayisədə inflyasiya 1,1% təşkil edib.
Gürcüstan Milli Bankının məlumatına görə, koronavirus pandemiyası dünya iqtisadiyyatını bir çox çətinliklər qarşısında qoyub və bununla bağlı mühüm amillərdən biri də son vaxtlar həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə problem olaraq qalan sürətlənmiş qiymət artımı tendensiyasıdır.
Ağarza Elçinoğlu