Rusiyada son sutka ərzində 168 201 nəfər koronavirusa yoluxub.
"Unikal"ın məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstərici olub.
Əvvəlki gün 155 768 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 12,45 milyonu ötüb.
Eyni zamanda, son sutkada 682 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 667 nəfər idi.
Rusiyada bugünədək koronavirusdan ölənlərin sayı 334 039 nəfərə çatıb.