Avstriyanın federal prezidenti Aleksandr Van Der Bellen cümə günü respublikada koronavirusa qarşı icbari peyvəndin tətbiqini nəzərdə tutan qanunu imzalayıb.
"Unikal" xəbər verir ki, qərar bu gündən etibarən qüvvəyə minə bilər.
Qeyd edək ki, Milli Şuranın (parlamentin aşağı palatası) deputatları qanunun qəbuluna yanvarın 20-də səs veriblər, ötən cümə axşamı Federal Şurada (yuxarı palata) səsvermə keçirilib.
Prezidentdən sonra qanun Avstriya kansleri Karl Nehammer tərəfindən imzalanmalı , bundan sonra federal qanunlar reyestrində dərc edilməlidir. Beləliklə, Avstriyada məcburi peyvənd bu gün, fevralın 4-də qüvvəyə minə bilər.
Ağarza Elçinoğlu