Rusiyada son sutka ərzində daha 168 201 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

"Unikal" xəbər verir ki, COVİD-19 pandemiyası dövründə ən çox gündəlik yoluxma halı qeydə alınıb.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 12 452 765 nəfərə çatıb.

Son sutka ərzində 682 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 334 039 nəfərə çatıb