ABŞ Dövlət Departamenti İordaniyaya 12 ədəd F-16C döyüş təyyarəsinin satılmasına razılıq verib.
"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Satışın ümumi dəyəri 4.21 milyard dollardır. müqaviləyə qırıcılarla yanaşı texniki dəstək vasitələri də daxildir.
Müqavilənin əsas icraçısı “Lockheed Martin” şirkəti olacaq.