ABŞ çətin relyefə malik sərhəd bölgələrində patrul xidməti aparmaq üçün Ukrayna Dövlət Sərhəd Xidmətinə 40 avtomobili təhvil verib.
"Unikal" xəbər verir ki, bu barədə cümə günü ABŞ-ın Ukraynadakı səfirliyi “Facebook” səhifəsində məlumat yayıb.
“ABŞ Ukraynaya sülh və təhlükəsizliyin möhkəmləndirilməsi səylərində dəstəyini davam etdirir. Fevralın 4-də ABŞ Ukrayna Sərhəd Mühafizə Xidmətinə texniki yardım çərçivəsində 40 tam ötürücülü "Mitsubishi" markalı avtomobil verib, - məlumatda deyilir.
Bildirilib ki, bu avadanlıq sərhədçilərə ayrılan 20 milyon dollarlıq təcili yardım paketinin bir hissəsidir. Yardıma, həmçinin, digər avtomobillər, radiorabitə, fərdi mühafizə vasitələri, çadırlar və digər avadanlıqlar daxildir.
Qeyd edək ki, fevralın 3-də ABŞ-dan Kiyevə döyüş sursatı olan yeddinci yük təyyarəsi gəlib.