Türkiyənin vitse-prezidenti Fuat Oktay Ermənistanın Baş naziri Nikol Paşinyanın mart ayında Türkiyəyə gedəcəyini və Antalya Diplomatiya Forumunda iştirak edəcəyini açıqlayıb.
"Unikal" bu barədə “A Haber” telekanalına istinadən xəbər verir.
Türkiyə-Ermənistan münasibətlərinə də toxunan Fuat Oktay Ermənistanın baş nazirinin gələn ay Türkiyəyə səfər edəcəyini bildirib. “Qarabağda işğala son qoyulması regionda sülhün açarı oldu. Ermənistanın baş naziri Antalyaya Diplomatiya Forumuna gələcək”, - deyib.