BMT Baş katibi Antoniu Quterreş bu gün Çin rəhbərliyi ilə görüşəcək.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Baş katibin nümayəndəsinin müavini Eri Kaneko bildirib.
Kaneko qeyd edib ki, Antoniu Quterreşin digər dünya liderləri ilə də təmasları mümkündür.
Quterreş, həmçinin Çin Sədri Si Cinpinin dövlət başçıları üçün verəcəyi naharda iştirak edəcək.