Türkiyə ordusu Suriyanın şimalında "Sülh çeşməsi" və "Zeytun budağı" əməliyyatları zonasında 14 terrorçunu zərərsizləşdirib.
"Unikal"ın məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, cinayətkar təşkilatlara qarşı aktiv mübarizə Suriya ərazisində də davam etdirilir.
"Türkiyə Silahlı Qüvvələrinin Suriyada əməliyyat apardığı iki bölgəni atəşə tutan və oraya daxil olmağa cəhd edən PKK terror təşkilatının Suriya qanadının (YPG) silahlıları Türkiyə hərbçilərinin səyi ilə zərərsizləşdirilib", - deyə məlumatda bildirilir.