Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 221 nəfər ölüb.
"Unikal"ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 421 min 435 nəfərin test edildiyi, 98 min 715 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 80 min 402 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.