Rusiyanın Saxalin adasının şimalında 5,3 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından bildirilib.
"Fevralın 6-da yerli vaxtla saat 08:18-də (Bakı vaxtı ilə 01:18) 5,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Noqliki rayonunun Val kəndindən 32 kilometr şərqdə, ocağı 17 kilometr dərinlikdə yerləşib", - məlumatda deyilir.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.