Kraliça II Yelizaveta taxta çıxmasının 70 illik yubileyi ərəfəsində xalqa müraciəti zamanı növbəti kraliçanın kim olacağını bildirib.
"Unikal" xəbər verir ki, söhbət onun böyük oğlu, şahzadə Çarlzın həyat yoldaşı Kornuol hersoginyası Kamilladan gedir.
“Mənə göstərməyə davam etdiyiniz sədaqət və isti münasibətə görə sizə sonsuz minnətdaram. Və bilirəm ki, taxta çıxma vaxtı gələndə oğlum Çarlz və onun arvadı Kamillaya mənə göstərdiyiniz dəstəyi göstərəcəksiniz", - deyə kraliça yazıb.
Qeyd edək ki, II Yelizaveta 6 fevral 1952-ci ildə taxta çıxıb, o, Britaniya tarixində ən uzun müddət hakimiyyətdə olan dünyanın ən yaşlı monarxıdır.
Ağarza Elçinoğlu