COVID-19 məhdudiyyətlərinə qarşı keçirilən etirazlara son qoymaq üçün resurslar kifayət qədər deyil.
"Unikal" xəbər verir ki, bu sözləri Kanadanın paytaxtı Ottavanın polis şefi Piter Sloli dyib.
“Bizə daha çox resurs lazımdır”, - deyə Sloli bildirib.
Bildirilir ki, Ottava polisi etirazlarla bağlı 50-dən çox cinayət işini araşdırır.
Qeyd edək ki, ötən gün 7 mindən çox iştirakçı və 500-dən çox yük maşını paytaxtın "Qırmızı zona" deyilən ərazisinə gələrək koronavirusla bağlı məhdudiyyətlərə etiraz etməkdədir.