1770-ci ildə Avstraliyaya səfər edən səyyah Ceyms Kukun batmış gəmisi ABŞ-da tapılıb.
"Unikal" xəbər verir ki,"Australian Geographic"in məlumatına görə, İngilis səyyahı və kəşfiyyatçı Ceyms Kukun “Endeavour” gəmisinin parçaları iki yüz ildən artıqdır ABŞ-ın Nyuport limanının dibində qalıb.
Avstraliya Milli Dəniz Muzeyinin baş direktoru Kevin Sumptionun sözlərinə görə, bu gəminin kəşfi elm tarixində ən mühüm hadisələrdən biridir. O qeyd edir ki, Ceyms Kukun üzdüyü gəmi Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya və indi də ABŞ-ın tarixində və mədəniyyətində mühüm mərhələdir.