Türkiyədə son sutkada koronavirusdan 201 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşım edib.
Nazirin koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 412 min 352 nəfərin test edildiyi, 87 min 934 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 76 min 552 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.