Kanadanın paytaxtında uzun sürən etirazlar fonunda vəziyyət nəzarətdən çıxıb.
"Unikal" xəbər verir ki, bunu Ottava meri Cim Uatson deyib.
"İndiki mərhələdə vəziyyət tamamilə nəzarətdən çıxıb... Onların bizdən, polislərdən daha çox adamı var və mən rəisə bildirdim ki, biz daha çox olmalıyıq", - mer bildirib.
O, həmçinin paytaxtın mərkəzində etirazçılar tərəfindən toplanma məntəqəsi və “ictimai mətbəx” tikilməsi barədə məlumat verib. Mer, hakimiyyətin etirazların qarşısını almaq üçün əvvəllər kifayət qədər səy göstərməməsindən təəssüflənib.
Ağarza Elçinoğlu