Donbassdakı təmas xətti yaxınlığında, mübahisəli Zolote şəhərinin Kiyevin nəzarətində olan hissəsində Ukrayna təhlükəsizlik qüvvələrinin zirehli maşınlarını aşkarlanıb.
"Unikal" xəbər verir ki, bu barədə özünü Luqansk Xalq Respublikası elan etmiş qondarma qurumun xalq milislərinin kəşfiyyatı məlumat verib.
Bundan əvvəl Luqansk və Donetsk dəfələrlə Ukrayna təhlükəsizlik qüvvələrini təmas xəttinə yaxın yaşayış məntəqələrində Minsk razılaşmaları ilə qadağan olunmuş zirehli texnika və silahlar yerləşdirməkdə ittiham ediblər.
"24-cü briqadanın (Ukrayna təhlükəsizlik qüvvələri - red.) məsuliyyət zonasında Zolote-3 qəsəbəsinin (Zolote şəhərinin bir hissəsi) yaşayış massivinə iki BTR-60 zirehli transportyorunun Kiyev tərəfindən yerləşdirilməsi faktı aşkarlanıb", - mətbuat xidmətinin məlumatında deyilir.
Onun sözlərinə görə, Ukrayna təhlükəsizlik qüvvələri bu cür hərəkətləri ilə Donbassda atəşkəsi təmin etmək üçün əlavə tədbirlərin üçüncü bəndini pozur: "Xalq milis bölmələri düşməni daim izləyir, mövcud atəşkəsin şərtlərinə ciddi əməl edir və komandanlığın əmri ilə vəziyyətin dəyişməsinə operativ reaksiya verməyə hazırdır", - sözçü əlavə edib.
Ağarza Elçinoğlu